Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:27

Bərdə polisi müxalifətçilərin zona müşavirəsinə imkan vermədi


Polis müxalifətçilərin Bərdəyə daxil olmasına imkan verməyib
Polis müxalifətçilərin Bərdəyə daxil olmasına imkan verməyib

Fevralın 3-də Mirmahmud Mirəlioğlu, İsgəndər Həmidov və Əhməd Oruc daxil olmaqla 14 nəfər müxalifətçi Bərdə polisi tərəfindən saxlanıb.


Bu haqda «Azadlıq» radiosuna Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu məlumat verib. Onun sözlərinə görə, Demokratiya Uğrunda İttifaqa daxil olan partiyaların rayon təşkilatları Bərdədə zona müşavirəsi keçirmək istəyirmişlər. Müşavirədə Goranboy, Bərdə, Yevlax, Mingəçevir və Tərtər rayon şöbələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulubmuş


Mirmahmud Mirəlioğlu: «Müşavirəyə mane olmaq üçün bizi Bərdənin bir kilometrliyindəki polis postunda saxlayıblar. Bərdə Rayon Polis Şöbəsinin rəis müavini Ağakişi İsmayılov deyir ki, rayonda fövqəladə vəziyyət elan etmişəm. Bizi nə Bərdəyə, nə də geri buraxırlar. Maşınlarımızın sənədlərini alıblar».


Üstündən 40 dəqiqə keçmiş müxalifətçilərə Bərdəyə buraxılmayacaqları bildirilib. Sonra isə onlar polisin müşayiəti ilə Bakıya yola salınıb.


Demokratiya Uğrunda İttifaqa Azərbaycan Milli Demokrat Bozqurd Partiyası, Azərbaycan Azadlıq Partiyası və Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası daxildir.


Məsələ ilə bağlı Bərdə Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyinin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmayıb.


Azərbaycan rəsmiləri dəfələrlə bildiriblər ki, ölkədə sərbəst hərəkət və toplaşmaq hüququ tam bərqərar olunub, bu sahədə heç bir problem yoxdur.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG