Keçid linkləri

2024, 22 May, çərşənbə, Bakı vaxtı 08:48

Hüquq müdafiəçisi Fərhad Əliyevlə görüşüb


F. Əliyev ürəyində ağrılardan şikayətlənir
F. Əliyev ürəyində ağrılardan şikayətlənir
Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev fevralın 2-si səhər saat 8-dən aclıq aksiyasına başlayıb. O, müalicə müəssisəsinə köçürülməsini tələb edir.

Bunu «Azadlıq» radiosuna İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov deyib. O bildirir ki, sabiq nazir aclığa başlasa da, bu barədə həbsxana rəhbərliyini xəbərdar etməyib:


«Mən saxlanma kamerasında Fərhad Əliyevlə görüşdüm. Fərhad Əliyevin özünün bildirdiyi kimi, ürəyində ağrılar var. O mənə bildirdi ki, artıq bu gün (fevralın 2-si – red.) səhər saat 8-dən 48 saat müddətinə aclıq aksiyası keçirir».


Elçin Behbudov deyir ki, o, Fərhad Əliyevin müalicə müəssisəsinə köçürülməsi üçün MTN rəhbərliyinə müraciət edəcək. Hüquq müdafiəçisi nazirlikdən həm də xahiş edəcək ki, təcridxanaya növbəti monitorinqə gedərkən, KİV nümayəndələrinin də iştirakına icazə verilsin.


Fərhad Əliyev məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum olunub. 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbsə alınan sabiq nazir sonradan müxtəlif iqtisadi cinayətlərdə təqsirli bilinib. O, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında saxlanır.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG