Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:45

Universitetlərin Boloniya prosesinə keçilməsi ilə bağlı sərəncam verildi


Prezident İlham Əliyev Azərbaycanın ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı tədbirlər haqqında yanvarın 31-də sərəncam imzalayıb.


Sərəncamda qeyd edilir ki, Təhsil Nazirliyi «2008-2012-ci illərdə Azərbaycanın ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı» layihəsini martın 30-dək hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.


Bundan başqa Xarici İşlər Nazirliyi Azərbaycan universitetlərinin Avropa ali təhsil məkanına inteqrasiyası məqsədi ilə Bolonya prosesinin reallaşdırılmasına xidmət edən beynəlxalq müqavilələrin imzalanması üçün tədbirlər həyata keçirməlidir.


Sərəncamda deyilir ki, bakalavr pilləsində verilən ixtisaslar YUNESKO-nun müvafiq sənədlərinə uyğunlaşdırılmalıdır.


XS
SM
MD
LG