Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:29

Seneqal Azərbaycandan səfirlik istəyir


Seneqal istəyir ki, Azərbaycan bu ölkəyə akkreditə etdiyi səfirliyini Mərakeşdən Seneqala köçürsün. Bunu Bakıya səfərə gələn Seneqal prezident administrasiyasının rəhbəri Abdoulaye Balde jurnalistlərə bildirib.


Seneqal da Azərbaycan üzrə səfirliyini Moskvada saxlayır. Balde deyir ki, əgər Bakı belə addım atsa, onlar da diplomatlarını Bakıya göndərəcəklər.


A.Balde Bakıya Azərbaycan prezidentini Seneqalda keçiriləcək İslam Konfransı Təşkilatının sammitinə dəvət etməyə gəlib. Tədbir martın 12-13-də olacaq.


Seneqal nümayəndəsi deyir ki, qarşıdakı sammitdə islam ölkələrinin problemləri, Fələstindəki vəziyyət və islamafobiyaya qarşı mübarizə məsələləri müzakirə olunacaq.


XS
SM
MD
LG