Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:11

İşgəncə faktlarının araşdırılması üzrə işçi qrup yaradılmalıdır


İşgəncə faktlarına əsasən müvəqqəti saxlanma yerlərində və həbsxanalarda rast gəlinir
İşgəncə faktlarına əsasən müvəqqəti saxlanma yerlərində və həbsxanalarda rast gəlinir

Bununla bağlı İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov yanvarın 28-də prezidentə müraciət edib:


«Siyasi məhbuslar üzrə işçi qrupun fəaliyyəti müəyyən nəticələr verir. Bu səbəbdən hesab edirəm ki, işgəncə faktlarının araşdırılması və aradan qaldırılması üçün MTN, prokurorluq və digər güc strukturları, həmçinin QHT-lərin təmsil olunduğu işçi qrupun yaradılmasına ehtiyac var». Bu qrup işgəncə faktları ilə bağlı mübahisəli məqamların aradan qaldırılması üçün olduqca vacibdir.


Vətəndaşlar işgəncə faktlarına bir qayda olaraq müvəqqəti saxlanma yerlərində, həbsxanalarda məruz qalırlar.


Son vaxtlar həbsxanada saxlanılan bir sıra şəxslər: «Mütəfəkkir» tikinti firmasının başçısı Əli Muradov, Abşeron rayon icra başçısına sui-qəsddə ittiham olunan Arif Aslanov vəfat edib.


İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bildirir ki, bütün bu hallara görə məsuliyyəti prokurorluq orqanları daşıyır.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG