Keçid linkləri

2024, 22 May, çərşənbə, Bakı vaxtı 00:00

«Siyasi məhbuslar üzrə məruzəçiyə lüzum yoxdur»


Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim
Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim

«Avropa Şurasında Azərbaycanla bağlı siyasi məhbuslar üzrə məruzəçiyə lüzum yoxdur». Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim ənənəvi həftəlik mətbuat konfransında belə deyib.


Bir sıra hüquq müdafiəçiləri Avropa Şurasından siyasi məhbuslar üzrə yeni məruzəçinin təyin olunmasını xahiş ediblər. X.İbrahim isə bildirir ki, bütün razılaşdırılmayan məsələlər və fikir ayrılıqları danışıqlar vasitəsilə həll edilməlidir: «Azərbaycan problemlərini danmır. Amma onun həllinə çalışır».


İbrahim Azərbaycanın Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa Birliyi ilə həyata keçirdiyi Fəaliyyət Planından da danışıb. Bildirib ki, sənəd icra olunur və Bakı gördüyü işlər barədə diplomatik kanallarla Brüsseli məlumatlandırır.


Azərbaycan Fəaliyyət Planını 2006-cı ilin noyabr ayında imzalayıb. Avropa Birliyi son ilyarımda Azərbaycanda mətbuatın və insan haqlarının vəziyyəti ilə bağlı narahatlıqlarını bildirib.


Bu il fevralın 4-də «Avropa üçlüyü» - Xaviyer Solana, Benito Ferreo Valdner və Dmitri Rupel Bakıya səfər edəcəklər. Fevralın 8-də isə Avropa Şurasının həmməruzəçiləri – Herkel və Jivkov Azərbaycana gələcəklər.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG