Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:23

Mirzə Sakit Əflatun Amaşovun istefasını tələb edir


Yanvarın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində (Qızıldaş qəsəbəsi - Bakıdan 60 km uzaq) saxlanan yazıçı-satirik Mirzə Sakit aclıq aksiyasına başlayacaq. Bu xəbəri «Turan»a Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutundan bildiriblər.


Qeyri-insani münasibətə məruz qaldığını və saxlanma şəraitinin pis olduğunu iddia edən Mirzə Sakit aclığa başlamaq qərarına gəlib.


Bundan əlavə o, Mətbuat Şurasının sədri Əflatun Amaşovun, ombudsman Elmira Süleymanovanın və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəhbəri Nazim Ələkbərovun istefasını tələb edir.


«Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit (Zahidov) 2006-cı ildə həbs edilib. O, narkotiklərin qanunsuz saxlanmasında günahlandırılaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.


Mirzə Sakit bundan əvvəl də təcridxanada bir neçə dəfə aclıq aksiyası keçirib.


XS
SM
MD
LG