Yanvarın 25-də «Xəzər-Lənkəran» MDB və Baltikyanı ölkələrin «Birlik kuboku»nun yarımfinal mərhələsində Belarusun «BATE» klubu ilə qarşılaşıb. Birinci hissə Azərbaycan klubunun hücumları şəraitində keçsə də, hesab açılmayıb. İkinci hissənin 74-cü dəqiqəsində Əmirquliyev «Xəzər-Lənkəran»ı hesabda irəli çıxarıb. Lakin bir dəqiqə sonra Rodionov hesabda tarazlıq yaradıb. 89-ci dəqiqədə Əmirquliyev ikinci qolu «BATE»nin qapısından keçirib. Bu, oyunda son qol olub.
Azərbaycan komandası finalda Özbəkistan çempionu «Paxtakor»la qarşılaşacaq. Oyun yanvarın 27-də keçiriləcək.
Yarımfinal oyunları:
«Xəzər-Lənkəran» – «BATE» (Belarus) – 2:1
«Kaunas» (Litva) – «Paxtakor» (Özbəkistan) - 1:3