Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:05

Yenidən soyuqlar başlayır


Yanvarın axırlarında ölkə ərazisinə yenidən soyuq hava kütləsi daxil olacaq
Yanvarın axırlarında ölkə ərazisinə yenidən soyuq hava kütləsi daxil olacaq

Yanvarın axırlarında ölkə ərazisinə yenidən soyuq hava kütləsi daxil olacaq. Bunu Milli Hidrometeorologiya Bürosunun direktor müavini Umayra Tağıyeva deyir.


Onun sözlərinə görə, bu il yanvar ayı anomal keçib, hətta temperatur çoxillik norma ilə müqayisədə 8 dərəcəyədək aşağı olub. Hazırda temperatur rejimi iqlim normasından 1 dərəcə aşağıdır.


Umayra Tağıyeva deyir ki, gələn həftə növbəti soyuq dalğanın olacağı gözlənilir:


«İlkin proqnozlara görə yanvarın 29, 30 və 31-i paytaxtda fasilələrlə yağıntılar müşahidə olunacaq və yağıntıların qar şəklində olacağı ehtimalı var. Eyni zamanda temperatur da aşağı enəcək. Mənfi 2 dərəcəyədək şaxta müşahidə oluna bilər».


Tağıyeva bildirir ki, fevral ayında da soyuq günlər müşahidə ediləcək: «Amma bizim ilkin proqnozlara görə yanvar ayındakı kimi anomaliyanın, kəskin şaxtaların olmasının ehtimalı azdır. Ancaq soyuq və qarlı günlər müşahidə olunacaq».


XS
SM
MD
LG