Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Final seçiminə giriş pulsuz olacaq


Azərbaycan 53-cü «Eurovision-2008» müsabiqəsində ilk dəfə qatılır
Azərbaycan 53-cü «Eurovision-2008» müsabiqəsində ilk dəfə qatılır

Fevral 2-də Azərbaycanı «Eurovision-2008» mahnı müsabiqəsində ilk dəfə təmsil edəcək müğənnilərin final seçimi olacaq. Serbiyada keçiriləcək yarışa qatılmaq üçün üç gənc ifaçı- Elnur Hüseynov, Aynur İsgəndərli və «Unformal» (rok qrup) mübarizə aparacaqlar.


Heydər Əliyev adına İdman Konsert Kompleksində baş tutacaq tədbirə giriş pulsuzdur. Konsertdə müxtəlif illərdə sözügedən müsabiqəsinin qalibi olmuş Sertap Erener, Ruslana, Mariya Şerifoviç də qatılacaqlar.


Bu barədə İctimai Televiziyanın direktoru İsmayıl Ömərov yanvarın 24-də keçirdiyi mətbuat konfransında məlumat verib. O, deyib ki, tədbiri dünyanın tanınmış telekanalları da yayımlayacaq.


Müsabiqədə ölkəni təmsil edəcək şəxsi münsiflər heyəti müəyyənləşdirəcək.


53-cü «Eurovision-2008» müsabiqəsinin yarımfinalı mayın 20 və 22 keçiriləcək.


«Eurovision-2008» mahnı müsabiqəsində 43 ölkə iştirak edəcək. Azərbaycan və San-Marino ilk dəfə müsabiqədə təmsil olunacaqlar.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG