Yanvarın 24-də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əməkdaşı Rövşən Novruzoğlunun işi üzrə proses başlayıb.
Prokurorun çıxışından sonra Novruzoğlu ona qarşı irəli sürülmüş üç maddə üzrə ittihamları rədd edib.
Rövşən Novruzoğlu 2007-ci il iyulun 13-də həbs edilib. O, saxta sənədlərin hazırlanması və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə ittiham olunur.