Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 09:55

Azərbaycan sülhməramlıları təltif olunub

Hərbçilərə fəxri fərman və medalları ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders təqdim edib
Hərbçilərə fəxri fərman və medalları ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders təqdim edib

Yanvarın 24-də 5 Azərbaycan sülhməramlısına ABŞ dəniz piyadalarının «Nailiyyətə görə» medalı, 16 sülhməramlıya isə fəxri fərman verilib. Bununla əlaqədar tədbir keçirilib.


ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders bildirib ki, ABŞ İraqda xidmətlərinə və qlobal terrorçuluqla mübarizədə böyük yardıma görə Azərbaycan sülhməramlılarına minnətdardır: «Mən Azərbaycan sülhməramlılarının İraqda göstərdiyi səyləri və verdikləri töhfələri yüksək qiymətləndirirəm. Dəniz piyadalarının komandirləri mənə bildirib ki, dəniz piyadalarının həyatlarının qorunmasında Azərbaycan sülhməramlılarının böyük xidməti var. Onların Hadisa dambasını qoruması müstəsna əhəmiyyət daşıyır .


Hərbçilərə fəxri fərman və medalları ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders təqdim edib.


92 azərbaycanlı sülhməramlı Azərbaycana yanvarın 23-də qayıdıb. (ANS)


This item is part of
XS
SM
MD
LG