Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:33

«Azərbaycana aid əsas narahatlığım həbsdə olan jurnalistlərlə bağlıdır»


Devis yaxın vaxtda bütün jurnalistlərin azad ediləcəyinə ümid etdiyini bildirib
Devis yaxın vaxtda bütün jurnalistlərin azad ediləcəyinə ümid etdiyini bildirib

Avropa Şurasının baş katibi Terri Devis Azərbaycanda jurnalistlərin həbsdə saxlanması problemi ilə bağlı narahatlıq ifadə edib.


«Azərbaycana aid əsas narahatlığım həbsdə olan jurnalistlərlə bağlıdır», - bu barədə Devis Strasburqda yanvarın 22-də keçirilən mətbuat konfransında «Turan»ın müxbirinin AŞPA-nın Azərbaycanda siyasi məhbusların işləri üzrə xüsusi məruzəçini bərpa edəcəyi barədə sualına cavab verərkən bildirib.


«Mən bir neçə dəfə Azərbaycan hakimiyyətinə həbsdə saxlanan jurnalistləri azad etmək çağırışı ilə müraciət etmişəm. Onların bəziləri azad edilib, amma bu, hələ problemin həlli deyil», - deyə Devis bildirib.


O, yaxın vaxtda bütün jurnalistlərin azad ediləcəyinə ümid etdiyini bildirib.


Azərbaycanda hazırda 4 nəfər jurnalist həbsdədir. «Realnı Azerbaydjan»-«Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev 8 il yarım, «Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit 3 il, «Bizim Yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynov 6 il həbs cəzası alıb, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin məhkəməsi isə hələ davam edir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG