Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:45

«Qarabağ məsələsi çox uzana bilməz»


«Regionun inkişafı Qarabağ probleminin həllindən asılıdır»
«Regionun inkişafı Qarabağ probleminin həllindən asılıdır»

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun yanvarın 21-də «The Wall Street Journal»da məqaləsi dərc olunub. Yazının tərcüməsini təqdim edirik.


Artıq 14 ildir ki, Ermənistan və Azərbaycan arasında müharibə dayandırılıb və ölkələr atəşkəs rejimindədir. Lakin bu günə qədər Ermənistan qoşunları bizim ərazimizdə qalmaqdadır. Azərbaycan xalqına məxsus torpağın bir hissəsinin uzunmüddətli işğalı bizim üçün dözülməz bir haldır. Minsk prosesi, ATƏT-in bu məsələni sülh və danışıqlar yolu ilə həlletmə cəhdi Azərbaycan və Ermənistan arasında dialoq aparılmasında mühüm rol oynayıb. Bu həm də Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq əhəmiyyət verir. Lakin yenə də biz bu məsələyə tezliklə son qoymalıyıq.


Hazırda neft və qazın dünya bazarında qiyməti yüksəkdir və biz strateji resurslarımızın iqtisadi potensialını qaldırma qabiliyyətində olmalıyıq. Lakin Dağlıq Qarabağ probleminin həll olunmamış qalması bu gün mövcud olan neft kəmərinin təhlükəsizliyini sual altında qoyur və regionun Avropa ilə enerji ticarətini optimallaşdırılmasına imkan vermir. Bu da Azərbaycanın iqtisadi artımına maneçilik törədir, hansı ki, son illərdə 30 faizə qədər olub.


Azərbaycanın məsələnin diplomatik yolla həllinə üstünlük verir. Mən inanıram ki, Ermənistan da regional inteqrasiya və inkişafdan bəhrələnə bilər və uzunsürən münaqişədən başqa digər aspektləri də düşünməlidir. Bu münaqişənin həlli yalnız ikitərəfli münasibətləri yox, həm də Ermənistanın Türkiyə ilə münasibətini düzəldə bilər.


«Azərbaycanı hərbi büdcəsini artırdığına görə qınayırlar. Amma ölkə reallığın tələbinə cavab verməyə, ordusunu NATO standartlarına uyğunlaşdırmağa çalışır»
Azərbaycanı hərbi büdcəsini artırdığına görə qınayırlar. Amma ölkə reallığın tələbinə cavab verməyə, ordusunu NATO standartlarına uyğunlaşdırmağa çalışır.


Regiona təsir edən mütəşəkkil cinayətkarlıq, qaçaqmalçılıq və terrorizm kimi geniş yayılmış təhlükələrlə yalnız birgə fəaliyyət şəraitində mübarizə aparmaq olar. Bu da Ermənistanın münaqişənin həllində maraqlı olması üçün başqa bir səbəbdir. Sərhədlərin müəyyənləşməməsi, tam muxtariyyət verilməyən ərazilər, mütəşəkkil cinayətkarlığa şərait yaradır. Assimetrik təhlükələrin qarşısını isə birgə regional əməkdaşlıqla almaq olar. Bu da Ermənistan və Azərbaycan arasında münaqişənin həllinə daha bir lüzum yaradır.


Ermənilər bilməlidirlər ki, Azərbaycan Qarabağa ən geniş muxtariyyət verməyə hazırdır. Hökumət Azərbaycanın Qarabağ vilayətinin inkişafı üçün ayrılacaq yardımı da artıracaq. Amma inkişaf Qarabağ məsələsinin həllindən asılıdır, ona görə də bu məsələ uzadılmamalıdır.


Donmuş münaqişənin həlli həm də Azərbaycana imkan verəcək ki, Avropa Birliyi və Orta Asiya arasında körpü rolunu yerinə yetirə bilsin. Avropa Birliyi şərqə tərəf daha da genişləndiyi üçün öz nefti və təbii qazı ilə zəngin olan Orta Asiya onun üçün daha əhəmiyyətlidir. Buna görə də Avropa Birliyi regionda sabitlik və iqtisadi inkişafda maraqlı olmalıdır. Azərbaycanla yaxın münasibətlər Avropa Birliyinin Orta Asiyada fəaliyyətinin bir hissəsi kimi nəzərdən keçirilə bilər.


Bizim Qazaxıstan və Türkmənistandan olan tərəfdaşlarımız güclü Trans-Xəzər əməkdaşlığı yaradırlar. Biz Xəzər dənizinin hər iki tərəfində neft kəməri ilə birləşdirmə məsələsini müzakirə edirik. Biz regional iqtisadi və təhlükəsizlik əməkdaşlığının qurulması mexanizmi barədə danışıqlar aparırıq. Əgər yerli bazar bütövlük təşkil edərsə daha rəqabətli, daha effekttiv və yaxşı təşkil olunmuş olacaq. Bu da bu layihəyə cəlb olunmuş bütün ölkələr üçün müsbət nəticə verəcək. Böyük iqtisadi gücü olan Avropa Birliyi, Türkiyə, Çin və Rusiya kimi ölkələrlə əhatə olunan Xəzər bölgəsinin sürətli və uzunmüddətli inkişafı göründüyündən daha realdır. Buna görə də biz Bakının regionun Avropa çarxına çevriləcəyinə inanırıq.


Yaxın iqtisadi inteqrasiyanın Avropa perspektivi Xəzər bölgəsinin Rusiya və Çinlə əməkdaşlığı qədər vacibdir. Azərbaycan bütün bu əlaqələri qurmağa hazırdır. Lakin bununla belə regional quruluş Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Buna görə də bu problemin həlli artıq uzadıla bilməz. Bakı irəli addım atmaqda ciddidir.


XS
SM
MD
LG