Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Dekabr, Cümə, Bakı vaxtı 03:43

AŞPA-nın qış sessiyası başlayır


Hüquq müdafiəçiləri istəyirlər ki, AŞPA Azərbaycanla bağlı ciddi müzakirə aparsın
Hüquq müdafiəçiləri istəyirlər ki, AŞPA Azərbaycanla bağlı ciddi müzakirə aparsın

Yanvarın 21-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır. Gündəlikdə Azərbaycanla bağlı ayrıca məsələ yoxdur, amma Assambleyanın Monitorinq Komitəsində siyasi məhbuslar problemini qaldıra bilərlər.


Azərbaycanın hüquq müdafiəçiləri bununla bağlı quruma yeni müraciət ediblər. AŞPA prezidenti Van Der Linden və Azərbaycan üzrə həmməruszəçilərə ünvanlanan məktubda deyilir ki, Azərbaycanda inkişafa doğru ciddi dəyişiklik yoxdur, insan haqları yenə qorunmur. Həmçinin bildirilir ki, Seçki Məcəlləsi dəyişdirilmir, kütləvi aksiyalara icazə verilmir, həbsdə jurnalistlər və siyasi məhbuslar var. Hüquq müdafiəçiləri istəyirlər ki, AŞPA Azərbaycanla bağlı ciddi müzakirə aparsın, Avropa Şurası Azərbaycana siyasi məhbus üzrə xüsusi məruzəçi təyin eləsin.


Yanvarın 21-də AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı alt komitəsinin də iclası olacaq. İclasda münaqişənin həlli üçün görülən işlər, atılacaq addımlar müzakirə olunacaq. İclasdan sonra alt komitənin sədri Rassel Constonun Bakıya səfəri gözlənilir.


Bu arada bildirilir ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova fevralın əvvəllərində Azərbaycana gələcək.


Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Səməd Seyidov deyib ki, məqsəd Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinə necə əməl olunduğunu öyrənməkdir.


XS
SM
MD
LG