Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:25

«RTR-Planeta»nın Azərbaycanda yayımı hələ açıq qalır»


«Biz ümumiyyətlə, öz ölkəmizdə xarici kanalların yayımında maraqlı deyilik»
«Biz ümumiyyətlə, öz ölkəmizdə xarici kanalların yayımında maraqlı deyilik»

«RTR-Planeta»nın Azərbaycanda yayımı hələ açıq qalır». Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli «Azadlıq» radiosuna belə deyib.


Bakı «RTR-Planeta»nın milli tezliklə yayımlanması əvəzinə AzTV-nin Rusiya ərazisində yayımına nail olmaq istəyir. Ancaq Moskva buna razılıq vermədiyindən Rusiya kanalının Azərbaycanda yayımı bu il yanvarın 1-dən dayandırılıb.


Məhərrəmli isə deyir ki, əgər Rusiya Azərbaycan kanalının yayımına başlayarsa, Bakıda da «RTR-Planeta» ilə bağlı məsələyə yenidən qayıdıla bilər: «Biz ümumiyyətlə, öz ölkəmizdə xarici kanalların yayımında maraqlı deyilik. Amma Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı bu məsələdə bizi müəyyən güzəştlərə getməyə məcbur edir. Əgər onlar israr edərsə ki, Rusiya kanalı Azərbaycan ərazisində yayımlansın, onda bu, paritet qaydada olmalıdır».


N.Məhərrəmli məsələ ilə bağlı Rusiya səfirinin narazılıqlarını da əsassız sayır. Onun sözlərinə görə, Bakının qərarı düşünülmüş və əsaslıdır.


Rusiya səfiri Vasili İstratov bildirmişdi ki, Azərbaycan «RTR-Planeta»nın yayımını dayandırmaqla tələsik addım atıb, belə ki, danışıqlar başa çatmayıb.


Nuşirəvan Məhərrəmli: «Hesab etmirəm ki, bu, tələsik addımdır, çünki biz artıq bir il ərzində problemi müzakirə etdik. Bir il yetərincə vaxt idi ki, Rusiya tərəfi bu məsələni həll etsin. Biz hələ 2006-cı ilin sonunda bu mövzunu qaldırmışdıq. Amma çox təəssüf ki, Rusiya məsələyə həmin vaxt lazımi diqqət ayırmadı. Son anda da onların öz qanunvericiliyi buna imkan vermədi. Biz də məcbur olub qərarımızı verdik».


MTRŞ sədri onu da bildirir ki, Rusiya kanalları Azərbaycanda yayımlandığı 17 il ərzində heç bir lisenziya haqqı ödəməyib.


MTRŞ-ın son qərarından sonra Azərbaycanda heç bir Rusiya telekanalı yayımlanmır. Əcnəbi televiziyalardan yalnız Türkiyənin TRT kanalı Azərbaycanda yayımını davam etdirir. Bu da AzTV-nin Türkiyə ərazisində yayımı müqabilində baş tutub.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG