Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:06

«Aydın Əliyev prezidentin fərmanını sabotaj edir»


«DGK-nın rəhbərliyi gömrük komitələrinə «köhnə qayda»larla işləməyi tapşırıb»
«DGK-nın rəhbərliyi gömrük komitələrinə «köhnə qayda»larla işləməyi tapşırıb»

«Azadlıq» qəzetindəki «Aydın Əliyev prezidentin fərmanını sabotaj edir» başlıqlı məqalədə bildirilir ki, İlham Əliyevin ölkədən məhdudiyyətsiz valyuta çıxarılması barədə fərmanına məhəl qoyulmur. Qəzetin iddiasına görə, Dövlət Gömrük Komitəsinin rəhbərliyi gömrük komitələrinə «köhnə qayda»larla işləməyi tapşırıb.


«Azadlıq» xatırladır ki, ötən ilin sonlarında prezident İlham Əliyevin fərmanı ilə ölkədən valyuta çıxarılmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Həmin sənədə görə, indi istənilən fiziki və hüquqi şəxs istənilən həcmdə xarici valyutanı ölkədən çıxara bilər. Əvvəllər isə fiziki və hüquqi şəxslər ölkədən 1000 dollara qədər vəsaiti maneəsiz çıxarda bilərdilər.


Xarici ticarətlə məşğul olan sahibkarlardan biri «Azadlıq»a bildirib ki, prezidentin fərmanı qüvvəyə minəndən sonra da gömrükçülər ölkədən valyuta çıxarmaq istəyənlərdən rüsum yığmaqda davam edirlər. «Məsələ bundadır ki, sahibkarların çoxu bu fərmandan xəbərsizdir. Bundan bəhrələnən gömrükçülər sahibkarlardan 1000 dollardan yuxarı valyuta məbləğlərinə görə 1 faiz rüsum yığırlar. Fərmandan xəbərdar olan sahibkarları isə «bununla bağlı hələ bizə təlimat gəlməyib», «bu fərman sizə yox, xarici sahibkarlara aiddir» və s. bəhanələrlə yola salırlar», - deyə qəzetdə vurğulanır.


«Yeni Müsavat» qəzetindəki «İran-Azərbaycan sərhəddində atışma. Qaçaqmalçılar zabiti güllələdilər» başlıqlı məqalədə deyilir ki, qonşu ölkədən Yardımlıya keçmək istəyən silahlılarla Azərbaycan hərbçiləri arasında toqquşma olub: «Nəticədə qrup geri çəkilməyə məcbur olub. Onları təqib edən Dövlət Sərhəd Xidmətinin zabiti Qorxmaz Həşimov ağır güllə yarası alıb. Ona ilkin tibbi yardım göstərilsə də, vəfat edib. Sərhəd pozucularının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir».


«Yeni Müsavat» yazır ki, İrandan sərhədi pozmaq yolu ilə Azərbaycana keçmək istəyən dəstənin narkotik qaçaqmalçıları olduğu güman edilir.


«Şəhidlər Xiyabanında aparılmış genişmiqyaslı abadlıq və yenidənqurma işləri ictimaiyyət tərəfindən böyük rəğbət, dərin razılıq hissiylə qarşılanmışdır». «Azərbaycan» qəzetinin 20 yanvar tarixli sayında Hacı Qüdrət Əbdülsəlimzadənin müəllifi olduğu «18 yaşlı 20 yanvar» başlıqlı məqalədə belə yazılır. Müəllif əmindir ki, bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək: «Yeni nəsillər öz vətəndaşlıq və milli qeyrət borclarını yerinə yetirərək, bu müqəddəs məkanı xalqımızın keçdiyi mübariz azadlıq hərəkatı yolunun müxtəlif mərhələlərini əks etdirən vahid xatirə kompleksinə çevirəcəklər».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG