Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:05

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha üç qərar verdi


Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlparının sayı 11-ə çatdı
Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlparının sayı 11-ə çatdı

Avropa İnsan Hüquqları Məhkəməsi yanvarın 17-də daha üç şikayət üzrə Azərbaycana qarşı qərar çıxarıb. Bunlar Abbasov, İsmayılov və Rəhimovanın şikayəti ilə bağlı qərarlardı. Bu haqda məlumat Avropa Məhkəməsinin rəsmi saytında yerləşdirilib.


Avropa Məhkəməsinin qərarına əsasən, ərizəçi Elçin Abbasova mənəvi zərər əvəzi kimi 1000 avro məbləğində kompensasiya təyin edilib. O. Avropa İnsan Hüquqları haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququ maddəsi üzrə şikayət verib.


Digər ərizəçi İsmayıl İsmayılova da 1000 avro verilməlidir. İsmayılov Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququ, toplaşmaq və birləşmək azadlığı və səmərəli müdafiə vasitələrinə malik olma maddələri üzrə şikayət verib.


Avropa Məhəkəməsi Nataliya Rəhimovanın kompensasiya ilə bağlı təkliflərini təqdim etmədiyini bildirərək bu məsələyə toxunmayıb.


Natalya Onufriyevna Rəhimova Konvensiyanın ağlabatan müddətdə ədalətli məhkəmə araşdırması hüququ, səmərəli müdafiə vasitələrinə malik olma, şəxsi və ailə həyatına hörmət olunması hüququ və mülkiyyətin toxunulmazlığı hüququ üzrə şikayət verib.


Bununla da Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının sayı 11-ə çatdı.


XS
SM
MD
LG