Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:41

«DÜNYADA AZADLIQ»


«Dünyada azadlıq» hesabatında 2007-ci ildə 90 ölkə «azad» hesab edilib ki, burada da dünya əhalisinin 46 faizi yaşayır. «Azad» ölkələrin sayı 2006-cı illə müqayisədə dəyişməyib. Ümumilikdə hesabat 193 ölkəni əhatə edir.


«Qismən azad» kimi səciyyələndirilən ölkələrin sayı 60-dır ki, burada da dünya əhalisinin 18 faizi yaşayır. Əvvəlki illə müqayisədə «Qismən azad» ölkələrin sırasına ikisi də əlavə olunub.


43 ölkə «qeyri-azad» qiymətləndirilir. Burada dünya əhalisinin 36 faizi məskunlaşıb. Qeyd etmək lazımdır ki, bu əhalinin elə təxminən yarısı yalnız bir ölkədə - Çində yaşayır. «Qeyri-azad» ölkələrin sayı 2006-cı ilə nisbətən iki ölkə azalıb.



2003-cü ildən Azərbaycan da «qeyri-azad ölkələr» kateqoriyasına aid edilir.



«Freedom House» təşkilatının hesabatında deyilir ki, 2007-ci ildə MDB məkanında vəziyyət daha da pisləşib:


«Ən narahatedici məqam 2003-cü il «Qızılgül inqilabı»ndan sonra demokratiyaya doğru böyük addımlar atmış Gürcüstanın düçar olduğu müvəffəqiyyətsizlikdir. Həm siyasi hüquqlar, həm də vətəndaş azadlıqları reytinqində Gürcüstan geriləyib. Buna səbəb:


- Noyabrda hökumət əleyhinə nümayişlərin ardınca fövqəladə vəziyyətin elan olunması;


- mətbuat azadlığının məhdudlaşdırılması;


- siyasi müxalifətin ardıcıl sıxışdırılmasıdır».



«Zanbaq inqilabının» baş verdiyi Qırğızıstanda da siyasi hüquqlar reytinqində tənəzzül qeydə alınıb. 2007-ci il parlament seçkilərinin ciddi pozuntularla keçməsi nəticəsində hakim koalisiya tam qələbə qazanıb.



XS
SM
MD
LG