Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Azərbaycan «qeyri-azad» ölkələr sırasına aid edilib


«Azərbaycan avtoritar rejimin bərqərar olduğu ölkədir»
«Azərbaycan avtoritar rejimin bərqərar olduğu ölkədir»

Beynəlxalq hüquq müdafiə təşkilatı «Freedom House»un 2007-ci ilə dair açıqladığı «Dünyada azadlıq» hesabatında Azərbaycan qeyri-azad ölkələr sırasına aid edilib. Qurum demokratik azadlıqlar sahəsində azad, qeyri-azad və qismən azad ölkələri ayırıb. Təşkilat hətta Azərbaycanda vəziyyətin 2006-cı ildən də pis olduğunu göstərib.


YAP icra katibinin müavini Mübariz Qurbanlı hesabatla razılaşmadığını deyir: «Azərbaycan sərhədləri açıq olan ölkədir. Vətəndaşların sərbəst fəaliyyət göstərmək imkanı var. Azad olmayan o deməkdir ki, orda insanların xarici ölkələrlə əlaqələrinə məhdudiyyət qoyulur. İqtisadi, siyasi fəaliyyətə böyük məhdudiyyətlər olur».


AXCP sədri Əli Kərimli isə deyir ki, «Freedom House» hesabatında haqlıdır: «Azərbaycanda fundamental hüquq və azadlıqlar əvvəlki illərlə müqayisədə daha ciddi, daha total pozulur».


Siyasi ekspert İlqar Məmmədov isə bildirir ki, ölkədə həm siyasi, həm də iqtisadi azadlıqlar sahəsində böyük problemlər var: «Hətta mədəni sferada da insanlar özlərini kifayət qədər sərbəst formada ifadə edə bilmirlər».


Politoloq Rasim Musabəyov da sənədin həqiqətəuyğun olduğunu deyir: «Azərbaycanda heç zaman bu qədər jurnalist tutulmayıb. İnsanların azad toplaşmaq hüququ məhdudlaşıb».


Sənəddə Ermənistan və Gürcüstan Azərbaycandan bir pillə yuxarıda - qismən azad ölkələr sırasındadır. Ermənistanda siyasi haqlar 5, vətəndaş azadlığı 4, Gürcüstanda isə siyasi haqlar və vətəndaş azadlığı hər ikisi 4 balla qiymətləndirilib. Azərbaycanda isə siyasi haqlar 6, vətəndaş azadlığı 5 balla dəyərləndirilib. Ən yüksək bal 1, ən aşağı bal isə 7-dir.


Hesabatda o da qeyd edilir ki, Azərbaycan Rusiya və Qazaxıstanda olduğu kimi avtoritar rejimin bərqərar olduğu ölkədir.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG