Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:04

Azərbaycan millisi bir pillə geriləyib


Futbol üzrə Azərbaycan yığması
Futbol üzrə Azərbaycan yığması

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2008-ci ilin ilk reytinq cədvəlini açıqlayıb. Azərbaycan siyahıda 116-cı pillədə qərarlaşıb. Ötən ayla müqayisədə yığma bir pillə geriləyib. Yığmanın 2010-cu ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsində rəqiblərindən Almaniya 5-ci, Rusiya 24-cü, Finlandiya 37-ci, Uels 58-ci, Lixtenşteyn isə 118-ci pillədə yer alıb.


Birinci yeri hesabında 1523 xal olan Argentina tutur. İkinci yerdə Braziliya, üçüncü pillədə isə İtaliya millisi qərarlaşıb. Ukrayna komandası siyahıda 30-cu, Türkiyə millisi isə 16-cı yerdədir.


XS
SM
MD
LG