Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:56

AFFA legionerlərə qoyulan limiti artırdı


Yanvarın 15-də AFFA-nın növbədənkənar konfransı keçirilib. Konfransda bir sıra qərarlar qəbul olunub. Belə ki, növbəti mövsümdən etibarən ölkə çempionatının və kubokunun oyunlarında eyni zamanda 7 legioner meydanda ola biləcək. Buna qədər limit «5+2» idi. Konfransda həmçinin klubların yerli futbolçulara və məşqçilərə görə AFFA-ya odədiyi rüsumlar ləğv edilib. Məşqçilikdə ən yüksək dərəcə sayılan Pro və A kateqoriyasına malik əcnəbilərə görə də rüsum ödənilməyəcək. Daha bir önəmli qərar AFFA-nın yeni prezidentinin seçkisinin martın ilk 20 günlüyündə keçiriləcəyi haqdadır. Dəqiq tarix AFFA İcraiyyə Komitəsinin iclasında müəyyənləşəcək.


XS
SM
MD
LG