Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:44

Bakı olimpiya oyunlarının keçirilməsinə namizəd şəhər oldu


Bakıda olimpiya oyunlarının keçirilməsinə dəstək aksiyası. 14 noyabr 2007
Bakıda olimpiya oyunlarının keçirilməsinə dəstək aksiyası. 14 noyabr 2007

Bakı şəhəri 2016-cı ilin olimpiya oyunlarının keçirilməsinə namizəd şəhərlər siyahısına düşüb. Beynəlxalq Olimpiya Komitəsi 2016-cı ildə yay olimpiya oyunlarına ev sahibliyi etmək iddiasında olan şəhərlərdən gələn müraciətlərin qəbulunu başa çatdırıb və namizəd şəhərləri müəyyənləşdirib.


2016-cı ildə Olimpiada oyunlarının keçirilməsinə yeddi şəhər iddia edir: Bakı (Azərbaycan), Çikaqo (ABŞ), Doha (Qətər), Madrid (İspaniya), Praqa (Çexiya), Rio-de-Janeyro (Brazilya) və Tokio (Yaponiya).


İyun ayında Beynəlxalq Olimpiya Komitəsi namizəd şəhərlər arasından 5-ni seçib, adlarını açıqlayacaq. Qalib şəhərin adı isə 9 oktyabr 2009-cu ildə Kopenhagendə səslənəcək.


Azərbaycan paytaxtı öz namizədliyini irəli sürəndən sonra prezident İlham Əliyev bununla bağlı tədbirlərin həyata keçirilməsi üzrə təşkilat komitəsi yaradıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG