Keçid linkləri

2024, 27 May, Bazar ertəsi, Bakı vaxtı 05:42

Bakı Tehrandan vədinə sadiq qalmasını gözləyir


Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim
Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim

Azərbaycan İrandan işğal altındakı ərazilərdə Ermənistanla heç bir əməkdaşlığa girməyəcəyi barədə vədlərinə sadiq qalmasını gözləyir. Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim yanvarın 14-də keçirdiyi mətbuat konfransında bildirib.


Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan ötən həftə bildirib ki, Yerevan İranla birlikdə Araz çayı üzərində müştərək elektrik stansiyası tikməyi planlaşdırır. Bu işlərə yaxın vaxtlarda başlanılacaq.


X.İbrahim deyir ki, Bakı bu məsələni Tehranla müzakirə edib: «İran tərəfi Azərbaycanı əmin edib ki, işğal olunmuş ərazilərdə bu və digər istiqamətdə hər hansı işlər aparmayacaq».


XİN rəsmisi son günlər İrandan Naxçıvana qaz nəqlinin məhdudlaşması ilə bağlı yaranmış problemə də münasibətini bildirib. Onun sözlərinə görə, Tehran hava şəraitinin pisləşməsi üzündən başqa ölkələrə də qaz göndərə bilmir. Bakı ümid edir ki, məsələ tezliklə həll olunacaq və Naxçıvana qaz nəqli əvvəlki qaydada bərpa ediləcək.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG