Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 01:42

«Danışmağa yox dinləməyə gəlmişik…»


Həmsədrlər deyirlər ki, onların təklifləri hər iki tərəf üçün müsbət xarakter daşıyır
Həmsədrlər deyirlər ki, onların təklifləri hər iki tərəf üçün müsbət xarakter daşıyır

ATƏT-in Minsk qrupu həmsədrləri Bakıya gəliblər. Həmsədrlər hava limanında jurnalistlərin suallarını cavablandırıblar.


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib ki, bu dəfə onlar danışmağa yox dinləməyə gəliblər. Diplomat deyir ki, bir ay yarım bundan əvvəl Madriddə xarici işlər nazirlərinə təkliflərini təqdim ediblər. Onun fikrincə əgər prezidentdən qaneedici cavab alsalar bu, danışıqlarda stimul olacaq.


«Seçkilərədək danışıqlarda heç bir traktat olmayacaq. Lakin biz iki prezident arasında şifahi razılaşmanın əldə ediləcəyini gözləyirik».


Metyu Brayza həmçinin vurğulayıb ki, Kosovo və Dağlıq Qarabağ münaqişələri arasında paralellik aparılması düzgün deyil.


Fransalı həmsədr Bernar Fasye isə bildirib ki, Madriddə ilk dəfə rəsmən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı təkliflər təqdim olunub.


«Dağlıq Qarabağ danışıqlarının tarixində ilk dəfə ATƏT-in Minsk qrupunun üç həmsədr-ölkəsinin Xarici İşlər Nazirliyinin təmsilçiləri eyni vaxtda münaqişənin nizamlanması ilə bağlı rəsmi təkliflər təqdim ediblər». Fasyenin sözlərinə görə, bu təkliflər hər iki tərəf üçün müsbət xarakter daşıyır.


Fasye həmçinin əlavə edib ki, yanvarın 16-da həmsədrlərin iştirakı ilə qoşunların təmas xəttində monitorinq gözlənilir.


Yanvarın 15-də Bakıdan Yerevana gedəcək həmsədrlər yanvarın 18-21-də Xankəndidə də olacaqlar.


XS
SM
MD
LG