Keçid linkləri

Təcili xəbərlər
2020, 03 İyun, çərşənbə, Bakı vaxtı 01:52

Xəsarət alan 9 nəfər əməliyyat edilib


Son günlər xəstəxanaya 190 nəfər müraciət edib

Yolların buz bağlaması nəticəsində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu gücləndirilmiş iş rejimində işləyir. Xəstəxanada əlavə briqadalar yaradılıb. Xəbəri «Azadlıq» radiosuna sözügedən İnstitutun direktoru Vaqif Verdiyev verib: «Qarlı hava ilə bağlı sınıq xəsarəti alanların sayı kəskin artıb. Son günlər xəstəxanaya 190 nəfər müraciət edib. Onların çoxuna ambulator yardım göstərilərək evə buraxılıb. 9 xəstə isə ağır xəsarətlər aldıqlarına görə stasionar müalicəyə qəbul edilib. Onların üzərində cərrahiyyə əməliyyatı aparılıb».


Vaqif Verdiyevin sözlərinə görə, xəstəxana qarlı hava şəraiti bitənə qədər gücləndirilmiş rejimdə işləyəcək. Dərman sarıdan isə institutda heç bir problem yoxdur.



XS
SM
MD
LG