Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:04

2 min 500 dollarlıq maşının təqdimatı olub


«Tata Nano»nun uzunluğu 3,1, eni 1,5, hündürlüyü isə 1,6 metrdir
«Tata Nano»nun uzunluğu 3,1, eni 1,5, hündürlüyü isə 1,6 metrdir

Yanvarın 10-da Hindistanda dəyəri 2 min 500 dollar olan avtomobilin təqdimetmə mərasimi keçirilib.


«Tata Nano» adlı avtomobili «Tata Motorz» konsernin sahibi Ratan Tata şəxsən təqdim edib.


Konsernin prezidenti qeyd edib ki, yeni beş yerlik avtomobil bütün təhlükəsizlik və ekoloji normalara cavab verir. Onun sözlərinə görə maşın həmçinin beynəlxalq standartlara da uyğundur. «Ona görə də onun xaricdə də satmağı planlaşdırırıq».


Mühərrik maşının arxa hissəsində yerləşir. İstehsala 2008-ci ildə başlanacaq. İllik 500 min «Tata Nano» buraxılması nəzərdə tutulur.


Avtomobilin uzunluğu 3,1, eni 1,5, hündürlüyü isə 1,6 metrdir. Mühərriki 33 at gücündədir.


XS
SM
MD
LG