Dünya Kuboku-2010-un seçmə mərhələsində Azərbaycan ilk oyunu Uelsə qarşı keçirəcək. Bu oyun sentyabrın 6-da qonaq meydanında olacaq.
Bu qərar yanvarın 10-da Almaniyanın Frankfurt şəhərində yığma komandaların nümayəndələrinin görüşündə qəbul edilib. Azərbaycan komandasının yer aldığı qrupda Almaniya, Rusiya, Finlandiya, Uels və Lixtenşteyn var.
Azərbaycan yığmasının oyunlarının təqvimi bundan ibarətdir:
06.09.2008 Uels- Azərbaycan
10.09.2008 Azərbaycan - Lixtenşteyn
11.10.2008 Finlandiya - Azərbaycan
28.03.2009 Rusiya – Azərbaycan
06.06.2009 Azərbaycan-Uels
19.08.2009 Azərbaycan – Almaniya
05.09.2009 Azərbaycan - Finlandiya
09.09.2009 Almaniya - Azərbaycan
10.10.2009 Lixtenşteyn – Azərbaycan
14.10.2009 Azərbaycan – Rusiya
Dünya Kubokunun final mərhələsinə birbaşa vəsiqəni qrupda birinci yeri tutan komanda əldə edəcək. Bütün qruplarda ikinci yer tutan 8 komanda isə pley-off mərhələsində 4 vəsiqə uğrunda mübarizə aparacaqlar.