Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:59

Abunəçilərə verilən qazın həcmi yenidən artırılacaq


Şaxtalı hava davam edərsə, abunəçilərə verilən qazın həcmi yenidən artırılacaq
Şaxtalı hava davam edərsə, abunəçilərə verilən qazın həcmi yenidən artırılacaq

Havanın şaxtalı keçməsi ilə bağlı ölkəyə verilən qazın həcmi artırılıb. «Azərqaz» Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Kamandar Eyvazov «Azadlıq» radiosuna bildirib ki, Ağcabədi və Beyləqan rayonlarından başqa indi bütün rayonlar qazlaşdırılıb.


Bununla belə, paytaxt Bakı da daxil olmaqla bir sıra bölgələrin qaz təchizatında ciddi problemlər var: «Biz etiraf edirik ki, hətta Bakı ətrafında da problemlər var. Əzizbəyov, Sabunçu, Binəqədi rayonlarında qaz borularının nasazlığı problemlər yaradır. Bununla belə, hava durumu ilə bağlı ölkəyə verilən qazın həcmi son üç gündə 19 milyon kubmetrdən 22 milyon kubmetrə qədər artırılıb».


Kamandar Eyvazlının sözlərinə görə, gündəlik normanın 12 milyonu təkcə Bakının ehtiyaclarına yönəldilir. Ölkənin qaz anbarlarında isə indi bir milyard iki yüz əlli milyon kubmetr qaz ehtiyatı toplanıb. Kamandar Eyvazlı şaxtalı hava davam edərsə, abunəçilərə verilən qazın həcminin yenidən artırılmasının mümkünlüyünü bildirib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG