Keçid linkləri

2026, 16 İyul, cümə axşamı, Bakı vaxtı 12:28

Bir qrup konqresmen Bakıya gəlib

ABŞ Konqresinin respublikaçı üzvü Uilyam Şusterin başçılığı ilə bir qrup konqresmen yanvarın 10-da Bakıya gəlib. Onlar Azərbaycanın rəsmi şəxsləri və prezidentlə enerji və kommersiya məsələlərini müzakirə etmək istəyirlər.


Yanvarın 10-da konqresmenlər Səngəçal terminalı ilə tanış olublar. Səfər proqramına Bakıda fəaliyyət göstərən və energetika sahəsində çalışan xarici şirkətlərin rəhbərləri ilə də görüşlər daxildir.


Gələn həftə isə ABŞ-ın daha bir respublikaçı konqresmeni - Riçard Luqar Bakıya səfər edəcək.


XS
SM
MD
LG