Yanvarın 10-dan hicri-qəməri tarixi ilə Məhərrəm ayı başlayır.
Aşura mərasimi yanvarın 19-da olacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin qazilər şurası fitva verib.
İslama görə, Məhəmməd peyğəmbərin nəvəsi, Həzrəti Əlinin oğlu İmam Hüseyni bu ayda qətlə yetiriblər.
Qafqaz Müsəlmanları İdarəsi müsəlmanlara tövsiyə edir ki, aşura mərasimində bədəndən qan çıxarıb, özlərinə xəsarət yetirməsinlər. İdarə bu il də aşura günü qanvermə kampaniyası keçirəcək.