Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Aprel, Cümə, Bakı vaxtı 02:39

Bakı-Naxçıvan-Bakı aviareysi bərpa olunub


Yanvarın 8-i axşamdan Bakı-Naxçıvan-Bakı aviareysi bərpa olunub. Yanvarın 9-da artıq Muxtar Respublikaya bir təyyarə yola salınıb, daha ikisi isə uçuşa hazırlaşır.


Xəbəri «Azadlıq» radiosuna Azərbaycan Hava Yolları Dövlət Konsernin (AZAL) Mətbuat Xidmətinin rəhbəri Məhərrəm Səfərli verib. Onun sözlərinə görə, hava şəraiti artıq uçuşların həyata keçirilməsinə imkan verir. Yanvarın 10-dan isə uçuşların tam həcmdə həyata keçiriləcəyi gözlənir.


Qarlı hava şəraitinə görə, ötən həftənin sonundan Bakıdan Naxçıvana uçuşlar təxirə salınmışdı. Gün ərzində Bakıdan Naxçıvana 6 reys həyata keçirilir.


XS
SM
MD
LG