Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Naxçıvanda qaz kəsilib


Naxçıvan şəhərinin mərkəzindən başqa rayon və kəndlərdə qaz yoxdur
Naxçıvan şəhərinin mərkəzindən başqa rayon və kəndlərdə qaz yoxdur

Yanvarın 9-u səhərdən Naxçıvan Muxtar Respublikasında qaz kəsilib. Naxçıvan şəhərinin mərkəzindən başqa rayon və kəndlərdə qaz yoxdur. Sədərək rayonunun sakini Hilal Əliyev deyir ki, qazın verilməsi dayandırılıb və nə vaxt bərpa olunacağı haqqında da onlara məlumat verilmir.


«Azəriqaz» Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı xəbəri təsdiq edib bildirdi ki, qazın verilməsini İran tərəfi dayandırıb.


«Problem «Azəriqaz»ın deyil, İranındır. Qazın verilməsinin İran tərəfi dayandırıb».


Naxçıvana qaz verilməsinin nə vaxt bərpa olunacağı haqqında isə «Azəriqaz»da hər hansı məlumat yoxdur.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG