Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:24

Qaçeçiladze MSK-nın sədrini hədələyir


Levan Qaçeçiladze Levan Tarxinişviliylə mübahisə edir - 8 yanvar 2008
Levan Qaçeçiladze Levan Tarxinişviliylə mübahisə edir - 8 yanvar 2008

- Mən bura səninlə danışmağa gəlmişəm.


- Sən buna danışmaq deyirsən?


- Jurnalistləri mən çağırmamışam, özləri burdaydılar


- Sən buna danışmaq deyirsən?


- Bəs saxtakarlığa nə deyirsən? Saxtakar, saxtakar…


Yanvarın 8-də Gürcüstanın Mərkəzi Seçki Komissiyasında (MSK) iş belə başlayıb. Birləşmiş müxalifətin namizədi Levan Qaçeçiladze öz tərəfdarlarıyla birgə Komissiyaya gəlib. MSK-nın sədri Levan Tarxinişviliylə danışmaq istədiyini deyib. Nəticədə gələnlər Komissiya sədrini saxtakarlıqda ittiham edib, istefa şüarı səsləndiriblər.


Artıq səslərin təxminən sayılmayan 10 faizi qalıb. Rəsmilər isə Mixail Saakaşvilinin 52 faizlə seçkini udduğunu deyiblər. Qaçeçiladze isə rəsmi rəqəmlərə görə, 25 faiz səs yığıb.


Saakaşviliyə ilk turda qalib gəlmək üçün səslərin cəmi 50+1 faizi lazım idi. Amma Qaçeçiladzenin tərəfdarları səslərin sayılmasında saxtakarlığa yol verildiyini iddia ediblər və deyiblər ki, hər bir səs uğrunda mübarizə aparacaqlar.


Qaçeçiladze özü isə MSK-nın sədrinı səsləri oğurlamaqda itiham edib və hədələyib: «Sən gürcü xalqı ilə necə danışırsansa, biz də səninlə elə danışırıq. Sən səsləri oğurlamısan və buna görə gürcü xalqının qarşısında məsuliyyət daşıyırsan. Və buna görə cəzalanacaqsan. Sənə söz verirəm».


Qaçeçiladze tələb edir ki, Tarxinişvili səslərin hesablanmasıyla bağlı hər dairə üzrə yekun protokolları göstərsin. Müxalifət bildirir ki, Mərkəzi Seçki Komissiyasının verdiyi rəqəmlərlə əsl protokollar tutuşdurulanda, səslərin fərqi də ortaya çıxacaq.


Tarxinişvili isə cavabında müxalifət siyasətçilərinin ona təzyiq etdiyini deyib.


Müxalifət daha öncə də seçkinin saxtalaşdırıldığını iddia edirdi. Hətta yanvarın 8-də seçki saxtakarlığına etiraz olaraq Tbilisidə mitinq də keçirməliydi. Amma aksiyanı son anda ləğv etdilər, bildirdilər ki, onlar qanuni yollarla nəticələrin dəyişdirildiyini sübut edəcəklər.


Beynəlxalq müşahidə missiyalarının bəyanatlarında isə deyilir ki, bir sıra pozuntulara baxmayaraq seçki ümumilikdə azad və şəffaf olub.


ABŞ Dövlət Departamentinin sözçüsü Şon Makkormak da Vaşinqtondakı çıxışında deyib ki, seçki beynəlxalq standartların çoxuna əməl olunmaqla keçirilib: «Beynəlxalq standartların çoxuna cavab verən seçki keçirdikləri üçün biz gürcü xalqını təbrik etmək istəyirik».


Müxalif ətin etirazlarına və Rusiyanın mənfi rəyinə baxmayaraq Avropa Birliyi də demokratik seçki keçirdiyi üçün Gürcüstanı təbrik edib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG