Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:04

İlin ilk körpəsi AGBank-ın depozitçisi oldu


2008-ci ilin ilk qız uşağının boyu 52 santimetr, çəkisi 4 kiloqramdır
2008-ci ilin ilk qız uşağının boyu 52 santimetr, çəkisi 4 kiloqramdır

AGBank 2008-ci ilin ilk körpəsinə 3.000 manatlıq depozit hesabı açıb. Depozitin açılmasını təsdiqləyən xüsusi sertifikat Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda körpənin anasına təqdim olunub.


Bankın PR meneceri Ələkbər Əliyev bildirib ki, körpənin valideynləri istədikləri zaman banka müraciət edib, depozit hesabıyla bağlı zəruri sənədləşdirmələri apara bilərlər. Körpə sahib olduğu vəsaiti 16 yaşında, şəxsiyyət vəsiqəsi alandan sonra bankdan çıxara biləcək və bu müddət ərzində məbləğ 10.300 manata çatacaq.


Bundan başqa, AGBank körpəyə gələcəkdə - orta məktəbə gedəndə, ali məktəbə qəbul zamanı da lazımi dəstək göstərəcək. Körpənin anası Laura Həmidova bankın hədiyyəsinin ailəsi üçün xoş sürpriz olduğunu söyləyib: «Çox böyük sürpriz oldu. Fikrimcə, gələcəkdə qızım da AGBanka minnətdar olacaq».


«Məqsədimiz övladların təminatlı gələcəyini qurmaqdır» deyən Ələkbər Əliyev qeyd edib ki, bu yöndə AGBankın xüsusi –«Uşaqlar üçün məqsədli» depozit növü də var. Onun sözlərinə görə, AGBank bu cür aksiyaları gələcəkdə də davam etdirmək niyyətindədir.


İlin ilk körpəsi yanvarın 1-də saat 00:15-də Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda dünyaya gəlib. Həmidovlar ailəsinin ilk övladı - 2008-ci ilin ilk qız uşağının boyu 52 santimetr, çəkisi 4 kiloqramdır.


XS
SM
MD
LG