Keçid linkləri

2025, 25 Aprel, Cümə, Bakı vaxtı 19:42

Rəsmi qəzetlər də bahalaşdı


Aparıcı qəzetlər qiyməti 20 qəpikdən 30-a ötən ilin yanvar-fevral aylarında qaldırmışdılar
Aparıcı qəzetlər qiyməti 20 qəpikdən 30-a ötən ilin yanvar-fevral aylarında qaldırmışdılar

Yeni ilin ilk günü dörd rəsmi qəzetdən üçü satış qiymətini 20 qəpikdən 30-a qaldırıb. Yanvarın 1-də «Azərbaycan», «Respublika», «Bakinski raboçi» qəzetləri satışa yeni qiymətlə çıxarılıb.


Yalnız «Xalq qəzeti» istisna təşkil edib. Ancaq qəzetin məsul katibi İlqar Rüstəmov «Media forum» saytına açıqlamasında bildirib ki, həmin gün qəzetdə köhnə qiymətin göstərilməsi texniki yanlışlıq olub: «Biz də 2008-ci ildən qiyməti 20 qəpikdən 30-a qaldırmışıq».


İ.Rüstəmov dörd qəzetin eyni vaxtda qiyməti qaldırmasının ümumi qərara əsaslanıb-əsaslanmadığı haqda məlumatı olmadığını bildirib.


«Azərbaycan» qəzetinin təsisçisi Milli Məclis, «Xalq qəzeti», «Respublika» və «Bakinski raboçi»nin təsisçisi isə Prezidentin İşlər İdarəsi və bu nəşrlərin redaksiyalarıdır.


Ölkənin aparıcı müstəqil və müxalifyönlü nəşrləri qiyməti 20 qəpikdən 30-a ötən ilin yanvar-fevral aylarında qaldırmışdılar.


XS
SM
MD
LG