Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 03:59

Qənimət Zahid yeni təxribata çəkildiyini deyir


Qənimət Zahidin məhkəməsi yanvarın 8-də başlayır
Qənimət Zahidin məhkəməsi yanvarın 8-də başlayır

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid ona qarşı yeni ittihamlara zəmin hazırlandığını bildirir. Hazırda Bayıl təcridxanasında saxlanan Zahid vəkilinə bildirib ki, onu yeni münaqişəyə cəlb etməyə cəhdlər olur. Amma vəkil Elçin Sadıqov bu münaqişənin konkret nədən ibarət olduğunu açıqlamır:


«Fikrimizcə, təxribat Qənimət Zahidə qarşı yeni ittiham irəli sürülməsi üçün hazırlanır. Yanvarın 5-də bununla bağlı Bayıl təcridxanasının rəhbərliyinə rəsmən müraciət göndəriləcək. Əgər təcridxana rəhbərliyi tədbir görməsə, biz başqa hüquqi vasitələrə əl atacağıq».


Q.Zahid ötən il noyabrın 11-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə istintaq müddətində 2 ay müddətinə həbs edilib. Məhkəmə onu Vüsal Həsənov adlı şəxsə hücum etməkdə və ona yüngül bədən xəsarəti yetirməkdə təqsirli bilib. Baş redaktor bu ittihamları rədd edir və həbsini rəhbərlik etdiyi qəzetin müxalifət mövqeyi ilə izah edir.


Yasamal Rayon Məhkəməsində iş üzrə hazırlıq iclası yanvarın 8-nə təyin edilib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG