Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 05:20

İstintaq təcridxanasından məhkum qaçıb

Gəncə şəhər 2 saylı istintaq təcridxanasından məhkum qaçıb. Bu, Göranboy rayonunun Xanqərvənd kənd sakini, 27 yaşlı Rahib Zülfüqar oğlu Həşimovdur. Ötən ilin avqustunda Həşimov oğurluq və dələduzluqda ittiham olunaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Hazırda Həşimov Gəncə Şəhər Polis İdarəsi tərəfindən axtarılır.


XS
SM
MD
LG