Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Mart, çərşənbə axşamı, Bakı vaxtı 02:31

Mirzə Sakitin vəziyyəti yenidən pisləşib


Mirzə Sakit 2006-cı ilin iyununda həbs edilib

Yanvarın 2-də satirik-şair Mirzə Sakitin vəziyyəti yenidən pisləşib. Mirzə Sakit arıqlayıb, ürəyində və ayaqlarında kəskin ağrılar olur.


Bu barədə «Turan»a onun həyat yoldaşı Rəna Zahidova bildirib.


Ölkə başçısı tərəfindən verilən əfvə münasibət bildirən R.Zahidova deyib: «Mənə çox adam söz vermişdi. Lakin biz əfv gözləmirdik».


Mirzə Sakit 2006-cı ilin iyununda həbs edilib. O, qanunsuz narkotik saxlamaqda ittiham olunaraq, 3 il azadlıqdan məhrum edilib. Jurnalistin özü isə ittihamı əsassız sayır, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.


XS
SM
MD
LG