Bu, 2002-ci ildəkindən 24 faiz çoxdur. Jurnalistlər daha çox İraqda (47), Somali (8) və Pakistanda (6) öldürülüb.
Ümumilikdə 2007-ci il ərzində 887 reportyor həbs edilib. Bunlardan 195 nəfəri Pakistanda, 55-i İranda, 54-ü isə İraqda saxlanıb.
İl ərzində 67 reportyor oğurlanıb, 528 KİV isə senzuraya məruz qalıb.
Bütün dünya üzrə 2600 veb-sayt və bloq bağlanıb.
Bu barədə «Sərhədsiz reportyorlar»ın illik hesabatında deyilir.
Azərbaycanda da rekord sayda jurnalist həbsdə olub.
«Bu, həmin ölkədə söz azadlığının vəziyyətinin nə qədər pisləşdiyinə və hakim rejimin nisbətən tənqidçi jurnalistləri sıxışdırdığına dəlalət edir», - deyə hesabatda qeyd edilir.
Azərbaycanda ötən il 10 jurnalist həbsdə olub. Onlardan biri şərti cəza alıb, 5-i isə ilin sonunda əfv olunub. Hazırda dörd jurnalist müxtəlif ittihamlarla (narkotik maddələrin saxlanması, başqasına xəsarət yetirmə, terrora çağırış, milli ədavəti qızışdırma, rüşvət alma və s.) həbsdədir. / Turan /