Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:31

Yazısına görə tutulan 5 jurnalist əfv edildi


Samir Sədaqətoğlu dörd il, Rafiq Tağı isə üç il həbs cəzası almışdı, 4 may 2007
Samir Sədaqətoğlu dörd il, Rafiq Tağı isə üç il həbs cəzası almışdı, 4 may 2007

Prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı fərmanla jurnalistlər Yaşar Ağazadə, Rafiq Tağı, Samir Sədaqətoğlu, Fərəməz Allahverdiyev və Rövşən Mahmudov (Kəbirli) əfv edildi.


2003-cü ildə qarət ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmiş jurnalist Şövqi Musayev də əfv olunub.


Hazırda həbsdə olan digər dörd jurnalistin – Eynulla Fətullayev, Sakit və Qənimət Zahidovlar və Müşfiq Hüseynovun adı siyahıda yoxdur.


Siyasi məhbus hesab olunan Müsavat Partiyasının fəalı Pirəli Orucov, AXCP üzvü Elman Cəlilov və keçmiş spiker Rəsul Quliyevin qohumu Etibar Quliyev də azad edilənlər arasındadır.


Bütövlükdə fərman 119 nəfərə aid edilib. Sənədə əsasən, 114 nəfər azadlığa buraxılır, 2 nəfər cəzadan azad edilir, 1 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilir. İki nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılır.


Fərman 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə imzalanıb.


Bu günlərdə İnsan Hüquqları üzrə müvəkkil, insan haqları müdafiəçiləri və Mətbuat Şurası həbsdə olan jurnalistlərin buraxılması üçün prezidentə müraciət etmişdilər.


Bir sıra beynəlxalq təşkilatlar dəfələrlə hökuməti həbsdə olan jurnalistləri azad etməyə çağırıb.


ƏFV OLUNANLARIN TAM SİYAHISI


XS
SM
MD
LG