Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:25

Kunqurovanın ölümü ilə bağlı cinayət işi başlanmayacaq


F.Kunqurova noyabrın 18-də Böyük-Şordakı xəstəxanada vəfat edib
F.Kunqurova noyabrın 18-də Böyük-Şordakı xəstəxanada vəfat edib

Faina Kunqurovanın ölümündə kənar təsirin olmadığı üçün Nizami rayon prokurorluğu cinayət işinin başlanmasını rədd edib. Bu barədə Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev «Turan»a bildirib.


Məhkəmə-tibb ekspertizasından prokurorluğa daxil olan rəyə görə, F.Kunqurova baş beyin və ağ ciyər ödəmləri, ürək əzələsində damarətrafı sklerotik dəyişikliklər fonunda kəskin ürək, qan - damar çatışmazlığından vəfat edib», -deyə qeyd edib.


F.Kunqurova Azərbaycan Demokrat Partiyasının keçmiş fəalı olub. O əvvəllər də həbs edilib və Avropa Şurasının tələbi ilə azadlığa buraxılıb.


Bu dəfə isə F.Kunqurova 2007-ci il oktyabrın 6-da həbs edilib və Şüvəlan istintaq təcridxanasında saxlanıb.


Ailə üzvlərinin dediyinə görə, polis onu şübhəli şəkildə dövlət başçısının korteji keçən yolun yaxınlığında dayandığına görə saxlayıb. Bundan sonra, onun evində axtarış zamanı narkotik tapıldığı deyilir.


İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov bildirib ki, həbsxanada o qidadan imtina edib. Oktyabrın 19-da F.Kunqurova Böyük-Şordakı xəstəxanaya göndərilib. Noyabrın 18-də o birdən ürək ağrılarından şikayət edib və həkim gələnədək vəfat edib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG