Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Polşa şirkəti Azərbaycana hərbi texnika satmaq istəyir


Şirkət başlanğıc üçün öz məhsullarını aşağı qiymətlərlə də verməyə hazırdır
Şirkət başlanğıc üçün öz məhsullarını aşağı qiymətlərlə də verməyə hazırdır

Polşanın hərbi və mülki texnika istehsalı ilə məşğul olan iri şirkəti - «Bumar» Azərbaycana hərbi avadanlıqlar satmaq istəyir. Bunu «Azadlıq» radiosuna şirkətin ixrac üzrə direktoru Vlodzimej Staşkeviç deyib. Onun sözlərinə görə, Azərbaycan istəsə, «Bumar»dan ən müasir hərbi texnika da ala bilər. Bunlar hərbi vertolyotlar, «Tvardı» RT-91M tankları, texniki təminatlı WZT-4 maşınları, körpü tikmək üçün istifadə olunan «PMC-Lequan» texnikası və MID-M mühəndis qurğularıdır.


Cənab Staşkeviç onu da deyib ki, şirkət başlanğıc üçün öz məhsullarını Bakıya aşağı qiymətlərlə də gətirməyə hazırdır.


Hərbi texnikadan savayı «Bumar» Azərbaycana həmçinin kənd təsərrüfatı maşınları üçün mühərrik və aqreqatlar, neft-qaz sahəsində işləyən şaxtaçılar üçün avadanlıqlar da təklif edir.


«Bumar»ın məhsulları bu ilin noyabr ayında Bakıda keçirilmiş Polşa Milli Sərgisində nümayiş etdirilib.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG