Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:37

Ermənistanın növbəti prezidenti Bakıya dəvət ediləcək


Azərbaycan tədbirin təşkili üçün bütün qaydalara əməl edəcəyinə vəd verib
Azərbaycan tədbirin təşkili üçün bütün qaydalara əməl edəcəyinə vəd verib

Er­mə­nis­tan­da ke­çi­ri­lə­cək pre­zi­dent seç­ki­sin­dən son­ra ye­ni pre­zi­dent Ba­kı­ya də­vət edi­lə­cək. Bu ba­rə­də «Azad­lıq» ra­dio­su­na TRA­SE­KA Hö­ku­mət­lə­ra­ra­sı Ko­mis­si­ya­sı­nın mil­li ka­ti­bi Akif Müs­ta­fa­yev mə­lu­mat ve­rib.


Av­ro­pa Ko­mis­si­ya­sı tə­rə­fin­dən ma­liy­yə­ləş­di­ri­lən TRA­SE­KA-nın de­kab­rın 12-13-də As­ta­na­da ke­çi­ril­miş kon­fran­sı za­ma­nı 2008-ci ilin sen­tyabr ayın­da qu­ru­mun yu­bi­ley sam­mi­ti­ni Ba­kı­da təş­kil et­mək qə­ra­ra alı­nıb.


Pro­se­dur qay­da­la­ra gö­rə, sam­mi­tə ev­ sa­hib­li­yi edə­cək Azər­bay­can pre­zi­den­ti di­gər iş­ti­rak­çı öl­kə­lə­rin döv­lət baş­çı­la­rı­na şəx­sən də­vət mək­tu­bu gön­dər­mə­li­dir. Yal­nız is­tis­na hal­lar­da Av­ro­pa Bir­li­yi bu mə­sə­lə­yə mü­da­xi­lə edir və də­vət olun­ma­yan nü­ma­yən­də­lə­rin tədbirdə iş­ti­ra­kı­nı üzə­ri­nə gö­tü­rür.


Akif Mus­ta­fa­yev de­yir ki, Er­mə­nis­tan tə­rə­fi əv­vəl­cə yu­bi­ley sam­mi­ti­nin Ba­kı­da ke­çi­ril­mə­si ilə bağ­lı qə­ra­ra qar­şı çı­xıb. An­caq son­ra­dan di­gər na­mi­zəd - Qa­za­xıs­tan na­mi­zəd­li­yi­ni ge­ri gö­tür­dü­yü üçün baş­qa se­çim ol­ma­yıb.


Öz nö­və­sin­də, Azər­bay­can tə­rə­fi təd­bi­rin təş­ki­li üçün bü­tün qay­da­la­ra əməl edə­cə­yi­nə vəd ve­rib.


Mil­li ka­tib xa­tır­la­dır ki, 1998-ci il­də də TRA­SE­KA-nın ilk sam­mi­ti Ba­kı­da ke­çi­ri­lər­kən təd­bi­rə Er­mə­nis­tan pre­zi­den­ti də­vət olun­muş­du. La­kin əvəzində bu ölkənin Baş na­zi­ri qa­tıl­mış­dı:


Akif Müs­ta­fa­yev: «O dövr­lə mü­qa­yi­sə­də in­di və­ziy­yət nis­bə­tən yum­şaq­dır. Sülh da­nı­şıq­la­rı da­vam edir, Azər­bay­can və Er­mə­nis­ta­nın döv­lət baş­çı­la­rı, Xa­ri­ci İş­lər na­zir­lə­ri müx­tə­lif şə­hər­lər­də gö­rü­şür­lər. Er­mə­nis­tan di­gər sə­viy­yə­lər­də də Ba­kı­da ke­çi­ri­lən bey­nəl­xalq təd­bir­lər­də iş­ti­rak edir. Bu­na gö­rə də biz qar­şı­da­kı sam­mi­tin təş­ki­lin­də heç bir prob­lem gör­mü­rük və nə la­zım­dır­sa edə­cə­yik».


Ha­zır­da TRA­SE­KA-ya 13 döv­lət da­xil­dir: Azər­bay­can, Bol­qa­rıs­tan, Qa­za­xıs­tan, Qır­ğı­zıs­tan, Öz­bə­kis­tan, Ta­ci­kas­tan, Tür­ki­yə, Gür­cüs­tan, Er­mə­nis­tan, Mol­do­va, Uk­ray­na, Ru­mı­ni­ya və Bol­qa­rıs­tan.


2004-cü il­də İran və Əf­qa­nıs­tan da TRA­SE­KA-ya üzv­lük üçün mü­ra­ci­ət edib­lər. La­kin son­ra­dan təq­dim olu­nan sə­nəd­lə­rin ra­ti­fi­ka­si­ya­sın­dan im­ti­na edib­lər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG