Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:55

Yeni ili harada qarşılamalı?


Hərə Yeni ili öz imkanına uyğun qarşılamağa hazırlaşır
Hərə Yeni ili öz imkanına uyğun qarşılamağa hazırlaşır

Qurban bayramı bitər-bitməz Yeni il qayğıları başlayıb. Hərə Yeni ili öz imkanına uyğun qarşılamağa hazırlaşır. Kimi hansısa restoranları, istirahət yerlərini axtarır, kimi də arzusu ilə imkanlarını öz evində qovuşdurmağın yollarını düşünür.


İki həftəyə yaxındır isə yerli telekanallar restoranlarda, əyləncə mərkəzlərində keçiriləcək Yeni il şou-proqramlarının reklamı ilə məşğuldur. Qiymətlər ötən illə müqayisədə təxminən iki dəfə bahadır. Bakının mərkəzindəki nüfuzlu restoranlarda 2006-cı illə vida hər nəfərə 200-300 manata başa gəlirdisə, 2008-ci ili qarşılamağın dəyəri 400-500 manat arasındadır. İnsanların daha çox üz tutduğu orta səviyyəli restoranlarda isə Yeni il şənliyi 4 nəfərlik ailəyə təxminən 1000 manata başa gələcək.


Paytaxtda hələlik Yeni ilin rəmzlərindən olan şam ağacları gözə dəymir. Bakı meriyasının əməkdaşları bunu Qurban bayramının başa çatmaması ilə bağlayırlar. Bakının ən böyük şam ağacı «Azadlıq» meydanında qurulacaq. Meydanda Yeni il gecəsi səhərə qədər diskoteka olacaq. Kukla Teatrı, Gənc Tamaşaçılar Teatrı, Respublika Sarayı təmirə bağlandığından balacalar üçün Yeni il şənlikləri Bakı Dövlət Sirkində, Musiqili Komediya, Akademik Dram Teatrında və Bakının ayrı-ayrı rayonlarındakı mədəniyyət saraylarında keçiriləcək.


Şaxta Baba və Santa Klauslar dekabrın 17-dən lisenziya alsalar da, paytaxt küçələrinə dekabrın 25-dən çıxacaqlar. Onları Yeni il gecəsi öz süfrəsinin başında görmək istəyənlər Şaxta Babanın gətirəcəyi hədiyyənin qiymətindən asılı olaraq 200-400 manat arasında xərc çəkməlidir.


Bakıdan fərqli olaraq regionlarda Yeni ili ictimai yerlərdə qarşılamaq ənənəsi yoxdur. İnsanlar deyirlər ki, bölgələrdə Yeni ilin yaxınlaşmasını bazarda qiymətlərin günbəgün bahalaşması xəbər verir. Bahalıq isə onların fikrincə, idarə olunan prosesdir. Qiymət artımına iqtisadçı mütəxəssislərdən çox sayda diaqnozlar eşitmişik. Bayramqabağı bazarların vəziyyətinə rəyini soruşduğum bir şəxsin diaqnozunu isə çoxundan eşitmək olar: «Qiymətlərin bahalaşması məmurların korrupsiyaya qurşanması ilə bağlıdır. Bayramqabağı qiymətləri 25-30 faiz qaldırırlar. Çünki artım birbaşa məmurların cibinə gedir».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG