Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:49

«Bu nömrəyə zəng çatmır...»


«Hər üç operatorda eyni problemlərlə rastlaşırsan»
«Hər üç operatorda eyni problemlərlə rastlaşırsan»

Bayram günlərində dost-tanışa mobil telefonla zəng etmək və ya mesaj göndərmək problemə çevrilir. Həmsöhbətimiz İsmayıl həm «Azercell», həm də «Bakcell» abunəçisidir. Deyir ki, elə Qurban bayramı münasibətilə yaxınlarını təbrik etmək istəklərinin çoxu boşa çıxıb: «Həmişə bayramlarda belə olur. Bir ara «Nar» nömrəm də var idi. Elə hər üç operatorda eyni problemlərlə rastlaşırsan».


«Azərfon»un Mətbuat Xidmətinin rəhbəri Əziz Axundov «Nar» mobil şəbəkəsində belə bir problemin olduğunu inkar edir. Deyir ki, bugünədək abunəçilər tərəfindən şirkətə belə şikayətlər daxil olmayıb.


«Azercell» və «Bakcell»dən isə bildirirlər ki, bayram günlərində bu cür problemlərin yaranması normal haldır. Çünki şəbəkə bütün və ya həddən artıq çox sayda abunəçilərin eyni zamanda istifadəsi üçün nəzərdə tutulmayıb. Əksər ekspertlər isə bunu normal hal saymırlar. «Multimedia» İnformasiya Sistemləri Mərkəzinin sədri Osman Gündüz deyir ki, forsmajor hadisələr istisna olmaqla, mobil operatorlar abunəçilərini hər zaman dayanıqlı rabitə ilə təmin etməyə hazır olmalıdırlar. Bunun üçün isə keyfiyyətli avadanlıq, proqram təminatı və baza stansiyalarının olması vacibdir: «Hər bir mobil operatorun avadanlıqları, proqram təminatı, baza stansiyaları onun abonentlərinin sayına uyğun olamlıdır. Xarici təcrübədə hətta o da var ki, kütləvi tədbirlər olanda müəyən yükləmələrin olacağını nəzərə alaraq həmin ərazilərdə əlavə hərəkət edən baza stansiyalarından istifadə olunur. Yəni həmin yerlərdə 1-2 saatlıq əlavə stansiyalar qurulur».


Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar isə abunəçilərinə vəd verirlər ki, gələn ildən daha keyfiyyətli xidmət göstərəcəklər.


«Azərfon»dan bu məqsədlə konkret hansı addımların atılacağı barədə məlumat verilməsə də, «Bakcell»dən bildirdilər ki, 2008-ci ilin əvvəlindən həyata keçirilməsi planlaşdırılan böyük bir proqram hazırlanır. Bu proqram daxilində bir çox yeni layihələr, o cümlədən xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq nəzərdə tutulur.


«Azercell»in sözçüsü Rüfət Abbasov isə deyir ki, daim çalışırlar ki, bu cür problemlərin qarşısını alsınlar: «Ötən il 130 milyon dollara yaxın sərmayə yatırmışıq. Bunun böyük bir hissəsi yeni texnologiyaların gətirilməsi, şəbəkənin genişləndirilməsi və təkmilləşdirilməsinə sərf olunub. Söz veririk ki, yeni ildə belə problemlər olmayacaq».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG