Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Ermənistan şagirdləri azərbaycanlı yaşıdlarına məktub yazıblar


Ermənistanda «Azərbaycan həftəsi» dekabrın 21-ə qədər davam edəcək.
Ermənistanda «Azərbaycan həftəsi» dekabrın 21-ə qədər davam edəcək.

Dekabrın 18-də Yerevanda Azərbaycan nümayəndə heyəti ilə erməni ekspertlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri görüşüblər. Onlar «Azərbaycan-Ermənistan: istifadə olunmayan fürsətlər», «Sülh potensialı» mövzusunda fikir mübadiləsi aparıblar.


Dekabrın 17-də başlanan «Ermənistanda Azərbaycan həftəsi»nin tərkib hissəsi kimi «Mxitar Sebastatsi» Təhsil Mərkəzinin şagirdləri azərbaycanlı yaşıdlarına məktub yazıblar. TƏDBİRDƏN FOTOSESSİYA


Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin Qazax-Ağstafa filialının başçısı Xamis Məsimov layihənin çox fərqli olduğunu deyib. «Azadlıq» radiosunun erməni xidmətinə müsahibəsində Məsimov bildirib ki, azərbaycanlı və erməni məktəbliləri arasında əlaqə qurmağa çalışacaqlar:


«Birgə layihələr olub, hamısı da öz mənfi və müsbət cəhətləriylə normal keçib. Bu layihə çox möhtəşəmdir. Uşaqlarla bu təhsil mərkəzində görüş, uşaqların Azərbaycan haqqında fikirlərini yazmaqları... Biz çalışacağıq ki, qayıdanda Azərbaycan məktəbliləri ilə erməni məktəbliləri arasında əlaqə yaradaq. Bilmirəm alınacaqmı, amma mən bu layihədən çox məmnun oldum».


«Ermənistanda Sülhpərvər Təşəbbüslər» adlı qeyri-hökumət təşkilatından Georgi Vanyan deyib ki, onlar layihənin müsbət nəticə verməsi üçün əllərindən gələni edirlər və işlər hələ ki, yaxşı gedir:


«Biz ərazi ilə bağlı mübahisələri fundamental azadlıqlar və insan haqları müstəvisində müzakirə edirik. Bu yolla biz hər bir ailəyə gərək olan sülhə meydan verməyə çalışırıq».


Azərbaycandan «3-D View» Analitika Mərkəzinin redaktoru Rauf Rəcəbov isə bildirib ki, onlar Ermənistana Qarabağ problemini həll etməyə getməyiblər. Məqsəd belə tədbirlərlə sülh razılaşmasından sonrakı mərhələyə hazır olmaqdır:


«Bu elə-belə hansısa qrantın reallaşdırılması deyil, hansısa donorun marağının təmin olunması deyil. Bu, siyasi razılıqdan sonra Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nə edəcəyi barədə maraqlı olan adamların görüşüdür. Layihəni bu baxımdan qiymətləndirmək lazımdır. Siyasi razılığa gələndən sonra neyləyəcəyimizi indi düşünmək lazımdır. Gələcəyi bu gün qurmasan, sonra qurmaq mümkün deyil».


Ermənistanda «Azərbaycan həftəsi» dekabrın 21-ə qədər davam edəcək.


«Dialoqa doğru addım» adlı bu layihəni Britaniyanın Ermənistandakı səfirliyi təşkil edib. Tədbirdə Azərbaycandan 6 nəfər—hüquq müdafiəçisi Cianşa Ömərov, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan nümayəndəliyindən Xamis Məsimov, Sahib Babayev, yazıçı-publisist Seymur Baycan, təhlilçi Rauf Rəcəbov, «Konsensus» qeyri-hökumət təşkilatının nümayəndəsi Afət Sarıyev iştirak edir.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG