Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:03

Sərhəd danışıqları uzanır


Xələf Xələfov Aleksandr Yakovenko ilə məsləhətləşir
Xələf Xələfov Aleksandr Yakovenko ilə məsləhətləşir

Dekabrın 19-da Ba­kı­da Azər­bay­can və Ru­si­ya sər­həd­lə­ri­nin de­li­mi­ta­si­ya və de­mar­ka­si­ya­sı üz­rə ko­mis­si­ya­la­rın növ­bə­ti gö­rü­şü baş­la­ya­caq. So­vet İt­ti­fa­qı da­ğı­lan­dan bə­ri iki öl­kə sər­həd mə­sə­lə­sin­də heç cü­rə an­la­şa bil­mir­. İn­di­yə­dək eks­pert­lər Ba­kı­da, Mosk­va­da və elə­cə də Da­ğıs­tan­da çox­say­lı gö­rüş­lər ke­çir­sə­lər də, ra­zı­lıq əl­də olun­ma­yıb.


Bə­zi mən­bə­lə­rə gö­rə, da­nı­şıq­lar coğ­ra­fi sə­bəb­lər­dən bu qə­dər uza­nır. Vax­ti­lə Azər­bay­ca­nın tər­ki­bin­də olan bə­zi mən­tə­qə­lər ha­zır­da Ru­si­ya əra­zi­sin­də­dir və ya­xud ək­si­nə.


Ba­kı­ya gəl­miş 10 nə­fər­dən iba­rət Ru­si­ya nü­ma­yən­də he­yə­ti­nə bu öl­kə­nin Xa­ri­ci İş­lər na­zi­ri­nin müa­vi­ni, xü­su­si tap­şı­rıq­lar üz­rə sə­fir Alek­sandr Ya­ko­ven­ko baş­çı­lıq edir.


Azər­bay­can tə­rəf­dən isə da­nı­şıq­la­ra Xa­ri­ci İş­lər na­zi­ri­nin müa­vi­ni Xə­ləf Xə­lə­fov həm­sədr­lik edə­cək.


Gö­rüş ərə­fə­sin­də hər iki öl­kə­nin dip­lo­mat­la­rı nik­bin­dir­lər və diq­qə­ti ona yö­nəl­dir­lər ki, ötən müd­dət­də eks­pert qru­pu­nun işi əsa­sın­da müx­tə­lif sə­nəd­lər ha­zır­la­nıb və xey­li iş gö­rü­lüb. İn­di isə «öl­kə­lə­ra­ra­sı mü­na­si­bət­lə­rin sü­rət­lə in­ki­şa­fı fo­nun­da» bu prob­le­mi çöz­mək müm­kün ola­caq.


Xa­ri­ci İş­lər na­zi­ri­nin müa­vi­ni Xə­ləf Xə­lə­fov «Azad­lıq» ra­dio­su­na de­yib ki, iki öl­kə ara­sın­da artıq 90-95 fa­iz sər­həd xət­lə­ri mü­əy­yən edi­lib. Ha­zır­da üç sa­hə üz­rə ra­zı­laş­dı­rıl­ma­yan əra­zi­lə­r qa­lır. Bun­la­rın iki­si Ba­la­kən­də - Azər­bay­can, Ru­si­ya və Gür­cüs­ta­nın kə­siş­di­yi əra­zi­də, bi­ri isə Xaç­maz ra­yo­nun­da me­şə­lik əra­zi­də yer­lə­şir.


Bu əra­zi­lə­rin ha­mı­sı ilə bağ­lı ra­zı­lıq əl­də olu­nub-olun­ma­ya­ca­ğı­nı proq­noz­laş­dır­maq çə­tin­dir. Çün­ki mə­sə­lən, Azər­bay­can tə­rə­fi «pre­se­dent­dən çı­xış edə­rək» da­nı­şıq­la­rın tez­lik­lə nə­ti­cə ve­rə­cə­yi­ni gü­man et­sə də, rus dip­lo­mat­la­rı «hə­lə gö­rül­mə­li xey­li iş qal­dı­ğı­nı» bil­di­rir­lər.


Alek­sandr Ya­ko­ven­ko isə «Azad­lıq» ra­dio­su­na de­yib ki, «bu, çox in­cə mə­sə­lə­dir» və yal­nız ko­mis­si­ya sə­viy­yə­sin­də bü­tün iş­lər ta­mam­lan­dıq­dan son­ra ra­zı­lı­ğa gə­lə bi­lə­cək­lər: «Bü­tün mə­sə­lə­lə­rin diq­qət­lə apa­rıl­ma­sı va­cib­dir. Hər şey­dən əv­vəl biz öl­kə­lə­ri­mi­zin, hə­min əra­zi­lər­də ya­şa­yan in­san­la­rın ma­raq­la­rı­nı nə­zə­rə al­ma­lı­yıq».


Cə­nab Xə­lə­fov isə de­li­mi­ta­si­ya da­nı­şıq­la­rı­na nis­bi ya­na­şır: «Biz Gür­cüs­ta­na nis­bə­tən, Ru­si­ya ilə da­nı­şıq­lar­da da­ha çox irə­li­lə­yiş əl­də et­mi­şik». Na­zir müa­vi­ni ko­mis­si­ya­nın son Mosk­va gö­rü­şün­də uğur­lar əl­də olun­du­ğu­na diq­qə­ti çə­kib.


Bu də­fə də məh­sul­dar­lıq olar­sa, iki­gün­lük top­lan­tı­­nın nə­ti­cə­si­nə əsa­sən, mü­va­fiq pro­to­kol­lar pa­raf­la­na və bu­nun əsa­sın­da mü­qa­vi­lə la­yi­hə­si ha­zır­la­na bi­lər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG