Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:03

ABŞ Konqresi Azərbaycana yardımı azaldıb


Konqresin Ermənistana və Azərbaycana hərbi yardımında paritet saxlanılıb
Konqresin Ermənistana və Azərbaycana hərbi yardımında paritet saxlanılıb

ABŞ Konqresi Azərbaycana 2007-ci ildə 28 milyon təşkil etmiş humanitar yardımı 2008-ci il üçün 19 milyon dollara qədər azaldıb. Eyni zamanda, Ermənistana 2008-ci il üçün 58,5 mln. dollar ayrılıb (2007-ci ildə 73 mln. dollar), bu zaman Ermənistana və Azərbaycana hərbi yardım ayrılmasında paritet saxlanıb.


Amerikanın Ermənistan Milli Komitəsinin (AEMK) bildirdiyinə görə, Dağlıq Qarabağa humanitar yardım 2008-ci ildə 3 milyon dollar təşkil edəcək. Gürcüstana 50,5 milyon dollar ayrılır.


«Turan»a məlum olduğuna görə, bundan əvvəl Nümayəndələr Palatası 2008-ci ildə Ermənistana və Qarabağa müvafiq olaraq, 68 milyon və 6 milyon dollar ayırmağı təklif edib, baxmayaraq ki, Ağ Ev Ermənistan üçün 35 milyon ayırmağı təklif edirdi.


Eyni zamanda, Senat Ermənistana 39 milyon dollar ayırmağı, Qarabağa yardım göstərməməyi və Ermənistan və Azərbaycana hərbi yardımda pariteti qoruyub saxlamağı təklif edib.


XS
SM
MD
LG