Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:56

«Bizim bayramlarda aclıq hökm sürür»


Ticarətçilər deyirlər ki, nə Qurban, nə də Yeni il bayramlarında endirim nəzərdə tutulmur
Ticarətçilər deyirlər ki, nə Qurban, nə də Yeni il bayramlarında endirim nəzərdə tutulmur

Dekabrın son ongünlüyündə Azərbaycanda rəsmən üç bayram keçiriləcək. Dekabrın 20-si Qurban bayramıdır. İlin son günündə isə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd olunacaq.


Bir çox ailələr artıq indidən bayram tədarükünə başlayıblar. Ancaq bazarlarda qiymətlərin bahalığı insanların ciddi narahatlığına səbəb olub:


- Qiymətlər çox bahadır. Yaxşı ki, mənə qızım kömək edir. Yoxsa, yəqin dilənçi olardım. Şərqşünaslıq fakultəsini bitirmişəm. Uzun illər çalışmışam. Ancaq indi cəmi 50 manat pensiya alıram.


- Rusiyada, Ukraynada, bir çox başqa ölkələrdə milad bayramı öncəsi böyük endirimlər edirlər. Bununla həm xalqa xeyir verir, həm də vətəndaşın etimadını qazanırlar. Azərbaycanda isə biznesmenlər bahalıq yaradırlar. Yumurta 12 qəpikdir. İndi deyirlər ki, bayramda 15 qəpik, yanvardan isə 20 qəpik olacaq. Bir sözlə, bizim bayramlarda aclıq hökm sürür. Hökumət isə heç nəyə fikir vermir. Sərvətin yiyəsi var, hökumətin yiyəsi yoxdur.


Bayram günlərində əsas bahalaşma ərzağın qiymətində hiss olunur. Ticarətçilər deyirlər ki, nə Qurban, nə də Yeni il bayramlarında endirim nəzərdə tutulmur. Əksinə bir sıra məhsulların qiymətlərinin artacağı gözlənir.


İqtisadçı Azər Mehtiyev düşünür ki, əsas problem inhisarçılıqdadır: «Azərbaycanda rəqabətli bazar yoxdur. Bu da bazara yetərincə mal və xidmətin çıxarılmasına imkan vermir. Nəticədə qiymətlərin artması üçün real zəmin yaranır».


İqtisadçı bildirir ki, bu inhisarçılığın kökünü hansısa bir-iki təsərrüfat subyektində axtarmaq doğru deyil: «Bu, daha çox yuxarıdan, tənzimləməni həyata keçirən orqan tərəfindən gerçəkləşdirilən inhisarçılıqdır».


İqtisadi İnkişaf Nazirliyindən isə bildirirlər ki, süni qiymət artımının qarşısının alınması üçün nazirlik yanında Antiinhisar Dövlət Xidməti monitorinqlərə başlayıb. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyev: «Bayram ərəfəsində bir sıra işbazlar və möhtəkirlər daha çox gəlir əldə etmək məqsədilə xırda buynuzlu heyvanları kütləvi şəkildə alır, sonra xeyli baha qiymətə satırlar».


İnsanlar deyirlər ki, dövlətin bu məsələdə vətəndaşın xeyrinə dönüş yaratması üçün səmimi bir istək yetər. Bu istək olmadıqca, bayram süfrələri ildən-ilə kasadlaşmaqda davam edəcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG